HƏMAS Qəzzada atəşkəs təklifini qəbul edir

Həmas Qətər və Misiri Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini təsdiqlədiyi barədə məlumatlandırıb.

HƏMAS-ın internet saytında verdiyi açıqlamaya görə, Haniyə Qətər və Misirə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini çatdırıb.

Açıqlamada Haniyənin Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat direktoru Abbas Kamil ilə telefon danışığı apardığı və HƏMAS Hərəkatının atəşkəs razılaşması ilə bağlı onlara təqdim etdikləri təklifləri bəyəndiyi açıqlanıb.

Açıqlamada təklif və təkliflərin məzmunu ilə bağlı məlumat paylaşılmayıb.

Mövsüm

Aznews.az