BMT Fələstini təşkilata qoşulmadan bir dövlət kimi tanıya bilər

Fələstin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına (UNGA) təşkilata birbaşa qoşulmadan ona təşkilatın digər üzv ölkələri ilə eyni hüquq və imtiyazların verilməsini təklif edib.

Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

“BMT Baş Assambleyası cümə günü [10 may] fələstinlilərə BMT-nin tamhüquqlu üzvü olmaq hüququnu verən və BMT Təhlükəsizlik Şurasına bu məsələyə müsbət istiqamətdə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsinə səs verə bilər”, - agentliyin bəyanatında deyilir.

Reuters agentliyinin məlumatına görə, BMT Baş Assambleyasında keçirilən səsvermə Fələstinə ABŞ-nin apreldə təşkilata üzvlüklə bağlı Təhlükəsizlik Şurasının iclası zamanı veto hüququndan istifadə etdiyi zaman yaranan maneələrdən yan keçməyə kömək edəcək. Agentlik əlavə edib ki, Fələstin üçün dövlətin hüquq və imtiyazlarının təmin edilməsi digər tanınmamış ölkələri də eyni addımı atmağa sövq edə bilər.

Mövsüm

Aznews.az