Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 85-ə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 339 nəfərə çatıb.

Bu barədə Braziliyanın "CNN" telekanalı ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətinin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

“Qasırğalarla əlaqəli olduğu sübut edilmiş ölümlərə əlavə olaraq, Rio Grande do Sul hökuməti daha dörd ölüm faktını araşdırır. Məqsəd həmin insanların yağışlar nəticəsində öldüyünü, ya yox, müəyyən etməkdir”, - nəşr yazır.

İdarənin yenilənmiş məlumatlarına əsasən, 134 nəfər itkin düşmüş hesab olunur.

Bundan əvvəl, mayın 6-da təbii fəlakət nəticəsində ölənlərin sayının 83 nəfər , xəsarət alanların sayının isə 276 nəfər olduğu bildirilirib.

Mövsüm

Aznews.az