HƏMAS İsrailin Merkava tankını məhv etdiyini açıqlayıb

Fələstin HƏMAS hərəkatının döyüş qanadı Əl-Qəssam Briqadaları İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələri ilə döyüş zamanı Rəfah şəhərində İsrailin Merkava tankını idarə olunan raketlə vurub.

Bu barədə bəyanat qrupun Telegram kanalında dərc olunub.

“Döyüşçülərimiz 105 mm-lik Yasin mərmisi ilə Merkava tankını sıradan çıxararaq onu yandıra biliblər”, - mətndə deyilir.

Qeyd olunur ki, yaraqlılar şəhərin şərqindəki əl-Şovki ərazisində binanın içərisində barrikada quran İsrail əsgərləri ilə də döyüşüb.

Mövsüm

Aznews.az