Qırğızıstanda Tacikistanla sərhəddə atışma olub

Atışma hadisəsi Tacikistan və Qırğızıstan sərhədində baş verib.

Bu barədə Qırğızıstan sərhəd xidməti özünün rəsmi Teleqram kanalında məlumat yayıb.

Atışma Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo rayonu yaxınlığında baş verib. Sərhədçilər dövlət sərhədindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran bir neçə Tacikistan vətəndaşını müşahidə ediblər.

“Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar”, - deyə idarədən bildirilib.

Çobanlardan birinin sərhəd naryadına doğru bir neçə dəfə atəş açdığı məlum olub.

“Qırğızıstan sərhədçiləri arasında itki yoxdur. Təsdiqlənməmiş məlumatlara görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb”, - məlumatda qeyd olunub.

Mövsüm

Aznews.az