Vilnüs və Kaunasda komendant saatı tətbiq olunacaq

Litvanın paytaxtı Vilnüsdə mayın 7-dən etibarən 72 saatlıq komendant saatı tətbiq ediləcək.

Bu barədə "15min" portalı məlumat yayıb.

Səbəb kimi Litva ordusunun keçirdiyi hərbi təlimlərin fəal hissəsi göstərilir. Vilnüs və Kaunasın bir neçə bölgəsində məhdudiyyətlər tətbiq olunacaq. Tədbir saat 22:00-dan 05:00-dək qüvvədə olacaq.

“Hərbi komendantlar ayrı-ayrı qurğuların mühafizəsi, bələdiyyələrdə asayişin qorunması, kəşfiyyat və ya təxribat fəaliyyətinin qarşısının alınmasına da cavabdeh ola bilərlər. Tapşırıqların həyata keçirilməsi üçün vasitələrdən biri də hərbi komendant saatıdır”, - deyə mülki-hərbi əməkdaşlıq üzrə baş zabit Donatas Suçokkis bildirib.

Mövsüm

Aznews.az