"Bu, hər dövlətdə fərqlidir". "Bu, hər dövlətdə fərqlidir".

“Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil” - Nazir

"Bu, hər dövlətdə fərqlidir".

Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

O, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil.

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”, - nazir deyib.(report.az)

AzNews.az