“Bizim yenə də “Media haqqında” qanun layihəsi ilə bağlı böyük dinləməmiz keçirilməlidir” “Bizim yenə də “Media haqqında” qanun layihəsi ilə bağlı böyük dinləməmiz keçirilməlidir”
  • Tribuna
  • 20 Dekabr 2021 17:36
  •  10 318

Parlamentdə “Media haqqında” qanun layihəsi ilə bağlı daha bir dinləmə keçiriləcək

“Bizim yenə də “Media haqqında” qanun layihəsi ilə bağlı böyük dinləməmiz keçirilməlidir”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da dinləmədə iştirakını zəruri sayan spiker bildirib ki, 2 böyük dinləmə və komitələrin birgə keçirdiyi dinləmələr kimi yeni dinləmədə də istəyən hər kəsin iştirakı təmin edilməlidir: “Keçən dəfə dinləməni onlayn keçirməyə məcbur olduq. Bu PSR testlərlə bağlı idi. Ancaq növbəti dinləmənin canlı keçirilməsinə çalışacağıq”. (APA)