Ərdoğan Putinə zəng etdi

Həmsöhbətlər Türkiyə və Rusiya münasibətlərini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Həmsöhbətlər Liviyadakı böhranı, eləcə də Türkiyə və Rusiya münasibətlərini müzakirə ediblər.

Ərdoğan, həmçinin, Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində dünyasını dəyişən dəniziçilərin ailələrinə, eləcə də bütün rus xalqına başsağlığını çatdırıb.(qafqazinfo.az)

AzNews.az