Nazir FETÖ ilə mübarizə məsələsinə də fikir bildirib Nazir FETÖ ilə mübarizə məsələsinə də fikir bildirib

Türkiyənin Suriyada yeni hərbi əməliyyatı: "İŞİD-in vacib üzvünü yaxaladıq”

Nazir FETÖ ilə mübarizə məsələsinə də fikir bildirib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Van şəhərində seminara qatılıb.

AzNews.az xəbər verir ki, o çıxışı zamanı terrorla mübarizə barədə yeni məlumatlar verib.

S. Soylu Suriyada Türkiyə Silahlı Qüvvələrinin yeni hərbi əməliyyat keçirdiyini deyib:

"İŞİD terror qruplaşmasının vacib üzvünü yaxın vaxtlarda yaxaladıq. Bizə verdiyi məlumatlarla nələr etdiklərini ortalığa qoydular. İstintaqı davam edir”.

Nazir FETÖ ilə mübarizə məsələsinə də fikir bildirib:

"FETÖ məsələsinin dibini qazıyana qədər kim nə deyirsə, desin, əl çəkməyəcəyik. Əl çəkən namərddir. Qarşıdan gələn günlərdə çox əhəmiyyətli hərbi əməliyyatlar görəcəyik. Bu müsibətləri ölkəmiz haqda pis əməl fikirləşməyənə qədər qazımağa hazırıq. Burda bizim adımızın olub-olmamağı vacib deyil. Millət bu qərarı verib. Heç kim "bu adamlar gedər, başqaları gələr, mübarizə bitər" deyə gözləməsin. Bu mübarizəni vətən övladları sonuna qədər davam etdirəcək”.

Pərvanə

AzNews.az