- Türkiyə
- 18 Noyabr 2019 23:16
- 3 384
AKP-dən növbəti istefa

Bundan əvvəl AKP-dən daha 5 nəfər istefa edib
AKP-nin Balıkəsir üzrə nümayəndəsi Ahmet Sağlam partiyadan istefa verib.
Türkiyə mediasının məlumatına görə, Sağlam prezident Rəcəb Tayyib Ərdoğanın ərizəsini təsdiq etməsindən sonra qərarını açıqlayıb. O, bundan sonra heç bir partiyaya namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Qeyd edək ki, bundan əvvəl AKP-dən daha 5 nəfər istefa edib.(qafqazinfo.az)
AzNews.az