"ABŞ keçmiş prezidentin diplomatlarımızı arzuolunmaz şəxs elan etmək səlahiyyətinin olduğunu düşünmür". "ABŞ keçmiş prezidentin diplomatlarımızı arzuolunmaz şəxs elan etmək səlahiyyətinin olduğunu düşünmür".
  • Qərb
  • 24 Yanvar 2019 10:09
  •  2 220

Venesueladan diplomatlarımızı çıxartmayacağıq - Mayk Pompeo

"ABŞ keçmiş prezidentin diplomatlarımızı arzuolunmaz şəxs elan etmək səlahiyyətinin olduğunu düşünmür".

ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelada prezident Nikolas Maduro hakimiyyətini qanuni hesab etmədiklərini, buna görə də Maduronun diplomatlarla bağlı təlimatına əməl etməyəcəklərini açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Maduronun 72 saat vaxt verməsi ilə bağlı yazılı açıqlama verib:

“Prezident Guaidonu müvəqqəti bir hökumət qurması və konstitusiya vəzifələrini yerinə yetirməsi ilə yanaşı ABŞ və digər ölkələrlə olan diplomatik münasibətlərinin müəyyənləşdirilməsi mövzusunda dəstəkləməyə hazırıq”.

Pompeo ABŞ-lı diplomatların Venesueladan çəkilməyəcəyini vurğulayıb:

“ABŞ Venesuela ilə diplomatik münasibətlərini davam etdirəcək və bu münasibətləri bizim diplomatik nümayəndələrimizi ölkəsinə dəvət edən müvəqqəti prezident Guaido vasitəsilə təmin edəcək. ABŞ keçmiş prezident Maduronun diplomatlarımızı arzuolunmaz şəxs elan etmək səlahiyyətinin olduğunu düşünmür”.

Pərvanə Ağazadə

AzNews.az