Halk nə qədər dəli olursa, bir o qədər güclü olur Halk nə qədər dəli olursa, bir o qədər güclü olur
  • Qərb
  • 15 Sentyabr 2019 07:18
  •  2 983

Boris Conson Halka çevrildi - FOTO

Halk nə qədər dəli olursa, bir o qədər güclü olur

“The Sun” nəşrində Böyük Britaniyanın Baş naziri Boris Consonun Halk komiksinin qəhrəmanına bənzədildiyi şəkli yerləşdirilib.

Şəkildə siyasətçinin başı fotoşop proqramı vasitəsilə komiks qəhrəmanının bədəninə birləşdirilib və yaşıl rəngə boyadılıb.

Bu yolla nəşr Baş nazirin Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşü ərəfəsində “Brexit”i şərh edərkən səsləndirdiyi fikrinə münasibət bildirib.

“Halk nə qədər dəli olursa, bir o qədər güclü olur”, — deyə Conson bildirib və əlavə edib ki, ölkə “Aİ-nin qandallarından inanılmaz Halk kimi çıxacaq”.

Siyasətçi qeyd edib ki, Britaniya Avropa İttifaqını oktyabrın 31-də tərk edəcək.

Halk (Dr. Robert Brüs Banner) “Marvel Comics”in uydurma qəhrəmanıdır. O, sonsuz fiziki gücə malikdir. Halkın gücü emosional gərginlik və qəzəbə mütənasib olaraq artır.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqından cari ilin martın 29-da çıxmalı idi, lakin müqavilə parlamentdə fikir ayrılığı səbəbindən baş tutmadı. Nəticədə baş nazir Tereza Mey vəzifəsini tərk etməli oldu. Onun yerinə gələn Boris Conson Britaniyanın oktyabrın 31-dək Aİ-dən çıxmasına nail olmaq niyyətindədir.

AzNews.az