Bu barədə Belarus MSK-nın rəhbəri Lidiya Yermoşina bildirib Bu barədə Belarus MSK-nın rəhbəri Lidiya Yermoşina bildirib
  • Qərb
  • 9 Avqust 2020 18:52
  •  7 410

Belarusda seçki baş tutmuş sayıldı - Rəqəmlər

Bu barədə Belarus MSK-nın rəhbəri Lidiya Yermoşina bildirib

Belarusda keçirilən prezident seçkiləri baş tutmuş sayılır.

AzNews.az xəbər verir ki, bu barədə Belarus MSK-nın rəhbəri Lidiya Yermoşina bildirib.

Onun sözlərinə görə, seçicilərin 54 faizindən çoxu səsvermədə iştirak edib
.
MSK-nın saytında verilən məlumata görə, saat 12: 00-a qədər seçki fəallığı 54,57 faiz təşkil edib. Minskdə seçicilərin 43,01 faizi, Brestdə - 50,3, Vitebskdə - 56,49, Qomeldə - 66,06, Qrodnoda - 52,99, Minsk vilayətində - 53,55, Mogilevdə - 63,25 faiz seçici fəallığı qeydə alınıb.