• Qərb
  • 8 Dekabr 2022 11:30
  •  3 768

ABŞ-nin xam neft ehtiyyatları azalıb

ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 5 milyon 200 min barrel azalıb.

Aznews.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 5 milyon 200 min barrel azalaraq 413 milyon 900 min barrelə düşdüyünü açıqladı. Bazar gözləntisi, ehtiyatların 3 milyon 900 min barrel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 2 milyon 100 min barrel azalaraq 387 milyon barrelə düşüb.

Sözügedən dövrdə ABŞ-nin benzin ehtiyatları 5 milyon 300 min barel artaraq 219 milyon 100 min barrel olaraq qeyd edildi.

Mövsüm