• Qərb
  • 2 May 20:02
  •  2 986

İsveçrə iyunun 15-16-da Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcək

İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd 15-16 iyun tarixlərində Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcəklərini açıqlayıb.

Dünya liderlərini ilk “Ukrayna Sülh Sammitinə” dəvət etməkdən şərəf duyduğunu deyən Amherd, iyun ayında Nidvalden kantonunun Bürgenstok şəhərində sammitin keçiriləcəyini qeyd edib.

"Gəlin sülh yoluna doğru Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsaslanan dialoqu inkişaf etdirək. Qlobal əməkdaşlıq sülhsevər gələcəyin formalaşdırılmasının açarıdır", - Amherd bildirib.

İsveçrə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, sammitə dünyanın müxtəlif ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət olunub.

Mövsüm

Aznews.az