• Qərb
  • 6 May 13:59
  •  2 284

Belçika Aİ-nin İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı müzakirəsinə başlayıb

Belçika Avropa İttifaqı (Aİ) daxilində İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı müzakirələrə başlayıb.

Bu barədə Belçikanın Baş naziri Aleksandr de Kros bildirib.

“İndi biz İsraildən ticarət tərəfdaşı kimi istifadə etməyə davam edə bilərikmi? Mən belə düşünmürəm. Biz sadəcə dayanıb böyük sözlər işlətməklə və sadəcə “bunun baş verməsinə icazə verə bilmərik” deyə bilmərik”,- deyə o,HLN-ə bildirib .

Onun sözlərinə görə, əgər dövlət özü məhdudiyyətlər tətbiq etsə, o zaman ticarət yolları sadəcə olaraq dəyişəcək. Ona görə də hazırda digər ölkələrlə bu problemin həlli imkanları müzakirə olunur.

Mövsüm

Aznews.az