• Qərb
  • 6 May 15:39
  •  2 742

Aİ Polşaya qarşı başlatdığı prosesi "Birlik qanunlarını pozmaq" səbəbi ilə dayandırıb.

Avropa İttifaqı (Aİ) Polşaya qarşı başlatdığı proseduru "Birlik qanunlarını pozduğu" səbəbi ilə dayandırdığını açıqlayıb.

AB Komissiyası tərəfindən edilən yazılı açıqlamada, Aİ qanunlarının pozulması səbəbiylə başladılan "Maddə 7" kimi tanınan pozuntu proseduru ilə bağlı təhlilin tamamlandığı bildirilib.

“Komissiya bu qənaətdədir ki, Aİ Müqaviləsinin 7-ci maddəsinin 1-ci bəndinin mənasında Polşada qanunun aliliyinin ciddi şəkildə pozulması riski artıq yoxdur”, - bəyanatda deyilir.

Bəyanatda Polşanın ədliyyə sisteminin müstəqilliyi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün bir sıra hüquqi və qeyri-qanunverici tədbirlərə təşəbbüs göstərdiyi və Aİ qanunvericiliyinin prioritetini tanıdığı və gələcəkdə bunun qiymətləndiriləcəyi qeyd edilib.

Mövsüm

Aznews.az