• Qərb
  • 6 May 20:25
  •  2 534

Fransa Xarici İşlər Nazirliyi Ukraynaya qoşun göndərilməsini təkzib edib

Fransa Ukraynaya Xarici legiondan öz əsgərlərini göndərmədi .

Bu barədə Fransa Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyaları səngimək bilmir. Xeyr, Fransa Ukraynaya qoşun göndərməyib”, - XİN-in bəyanatında deyilir.

Nümunə olaraq, nazirlik nəşrə Ukrayna münaqişəsində iştirak etmək üçün Xarici legion hərbçilərinin göndərilməsi ilə bağlı qırmızı xətlərlə kəsilmiş media xəbərlərinin nümunələrini əlavə edib.

Mövsüm

Aznews.az