Ermənistanda siyasi proseslərə yeni oyunçuların girməsi bizim lehimizədir Ermənistanda siyasi proseslərə yeni oyunçuların girməsi bizim lehimizədir
  • Yazarlar
  • 3 Sentyabr 2022 23:55
  •  9 529

Vardanyan Ermənistanın xarici işlər nazirinin "xaç atası"dır

Ermənistanda siyasi proseslərə yeni oyunçuların girməsi bizim lehimizədir

Ruben Vardanyan Azərbaycanın dövlət qurumları və ciddi ekspertləri üçün yeni persona deyil. Qarabağda erməni separatizminə hər zaman maddi dəstək verib, Ermənistanda bir sıra biznes və sosial layihələri var. Əsas işi ofşor zonalarda rus oliqarxlarının çirkli pulunu yumaqdır. Böyük ehtimalla Xankəndidə yuyulan çirkli pullarda onun da böyük payı olub. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın "xaç atasıdır", onu kukla kimi idarə edir. Araratın bütün bioqrafiyasında Vardanyanın şirkət və fondlarının izi var. Əgər diqqət edirsinizsə, Mirzoyanın bütün fəaliyyəti Azərbaycanla Ermənistan arasındakı danışıqları pozmağa yönəlib.

Vaxtilə Rubenden kirli işləri barədə soruşanda o belə demişdi: "Mən mələk deyiləm. Rusiyada belədir ki, ya inqilabçı olub, ölkədən getməlisən, ya da komformist olmalısan. Mən ikincilərdənəm".

İndi görünür Vardanyan inqilabçı olmaq həvəsinə düşüb. Vardanyan kimisinin mini də gəlsə, Azərbaycan üçün Qarabağda situasiyanı dəyişə bilməz. Ümumiyyətlə, Ermənistanda prosesə yeni oyunçuların girməsi bizim lehimizədir. Çünki daxili konflikt strukturları böyüyür, münaqişə tərəfləri artır və ziddiyyətlər dərinləşir.

Onun Ermənistanda hakimiyyətə gəlmək istəyi ola bilər, bunun üçün şirnikləndirilər də, amma məsələ elə də sadə deyil. Ermənistanın siyasi sistemi "Soros uşaqları" və "Qarabağ klanı"nın inhisarındadır. Vardanyan isə bunların heç birindən deyil. Onun Xankəndinə köçməsi daha çox Qarabağ klanının dəstəyini almağa yönəlib. Moskvadan gələn zənglə Köçəryan da, Sərkisyan da, Arayik də onun "lider" kimi əllərindən öpərlər. Amma iki məsələ var. Birincisi, məlum deyil ki, Ruben varidatını sanksiyalardan qorumaq üçün Xankəndiyə Putindən üz döndərib gəlib, ya necə? İkincisi, Vardanyanın Ermənistanın iç siyasətinə atılması yeni qarşıdurma deməkdir.

Ermənistan mediasında çıxan bəzi məlumatlara görə, Rubenin kor Artak Bəyləryanın yerinə "dövlət naziri" təyin olunması gözlənilir. Bundan o tərəfə onun "DQR"-də hər hansı post tutması imkansızdır ona görə ki, Azərbaycan heç bir halda Xankəndi və çevrəsində yeni seçki keçirilməsinə imkan verməyəcək. Ümumiyyətlə isə, Xankəndi seperatçıları arasında hazırda çox böyük hesablaşma var. Erməni generalları bir-bir içəri atılır. Bu barədə yazmışdıq. Əgər xatırlayırsınızsa, Xankəndidə keçirilən mitinqlərdə "maliyyə naziri"nin də istefası tələb olunurdu. Bundan öncə isə Nikol Xankəndiyə ayrılan pullara nəzarət barədə danışmışdı. Görünür, Ruben kabab iyinə gəlib. Ancaq, İnşallah onu da dağlayıb yola salacağıq. Necə ki Laçından andranikləri yola saldıq.

Taleh ŞAHSUVARLI