Yəmənin Taiz şəhərində yerləşən həbsxanadan 1200 məhbus qaçıb. Onların arasında əl-Qaidə yaraqlıları də var. Yəmənin Taiz şəhərində yerləşən həbsxanadan 1200 məhbus qaçıb. Onların arasında əl-Qaidə yaraqlıları də var.

1200 məhbus həbsxanadan qaçdı - Yəməndə

Yəmənin Taiz şəhərində yerləşən həbsxanadan 1200 məhbus qaçıb. Onların arasında əl-Qaidə yaraqlıları də var.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, məhbusların hansı yolla qaçdığı hələlik məlum deyil.

Dövlət xəbər agentliyi Saba mühafizə rəsmisinə istinad edərək həbsxananın əl-Qaidə tərəfindən hücuma uğradığını yazır.

Associated Press isə bildirib ki, həbsxana nəzarətçiləri husi üsyançılar və onların əleyhdarları arasında toqquşmalara görə öz postlarını tərk ediblər.

Yəmən hazırda böhran dövrünü keçirir, çünki ölkədə müxtəlif qüvvələr idarəetməni ələ keçirmək üçün mübarizə aparır.

Ölkə bu vəziyyətə şiə husilərin prezident Abdrabbuh Mansur Hadini ölkədən çıxmağa məcbur etdikdən sonra düşüb.

Bu, martın 26-da Səudiyyə Ərəbistanının hava hücumları başlayandan bəri Yəməndə 3-cü böyük məhbus qaçışıdır.