10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə namizəd Madər Əliəsgər oğlu Musayevin Seçki Qərargahı aktiv fəaliyyətə başlayıb. 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə namizəd Madər Əliəsgər oğlu Musayevin Seçki Qərargahı aktiv fəaliyyətə başlayıb.

Madər Musayevin Seçki Qərargahı aktiv fəaliyyətə başladı

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə namizəd Madər Əliəsgər oğlu Musayevin Seçki Qərargahı aktiv fəaliyyətə başlayıb.


AzNews.az xəbər verir ki, təcrübəli və nüfuzlu vəkillərlə fəaliyyətə başlayan Seçki Qərargahı Tədbirlər Planı hazırlayıb.

Plana əsasən, qarşıdakı təbliğat-təşviqat dövründə Madər Musayevin vəkilləri seçicilərlə görüşəcək, ötən beş ildə namizədin deputat kimi gördüyü işlər barədə onlara ətraflı məlumat verəcəklər.

Seçicilərlə nəzərdə tutulan görüşlər 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin ərazisinə daxil olan Biləcəri və Binəqədi qəsəbələri, həmçinin 9 mikrorayonda 4 məntəqəni əhatə edəcək.

Seçki Dairəsinə daxil olan hər üç ərazidə fəaliyyət göstərən qərargahlar bütün lazımı texniki avadanlıqlarla təmin edilib.

Oktyabrın 9-dan başlayaraq Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Qərargahda namizədin müşahidəçilərinə və təbliğat qrupunun könüllülərdən ibarət gənc üzvlərinə təlimlər keçirilir. İki gün davam edən təlimlər bu gün başa çatıb. Oktyabrın 11-dən etibarən namizədin vəkilləri aktiv görüşlərə başlayacaqlar.

Xatırladaq ki, Musayev Madər Əliəsgər oğlu 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Binəqədi qəsəbəsindəki 182 saylı orta məktəbdə təhsil alıb. 1964-cü ildən Bakı şəhərində satıcı kimi əmək fəaliyyətinə başlayıb.

1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının "Sənaye əmtəəşünaslığı və ticarətin təşkili" fakültəsində təhsil alıb.

1986–1995-ci illərdə "Bahar" Ticarət Mərkəzinin müdiri vəzifəsində çalışıb.

İlk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

Respublikamız müstəqillik qazandıqdan sonra Madər Musayev bitərəf namizəd kimi 1995, 2000, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilib.

Ailəlidir, 3 övladı var.

Seçki qərargahlarının ünvanları:

Biləcəri stansiyasının qarşısı,

Tel: 012 408 47 56;

Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, Xeyr-Şər Evinin qarşısı,

Tel: 055 220 45 80