06:27
(077) 610-22-33

Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM

  • >
209 22 May 2013 17:24 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da "Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı" Anlaşma Memorandumu imzalanıb.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcək.

Sərəncamda qeyd olunur ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü

Təşkilat Komitəsinin üzvləri:

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Firudin Nəbiyev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

Təşkilat Komitəsi "Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı" Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etməli; Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzNews.az
Bağla X