08:29
(077) 610-22-33

Polis ofisini gül-çiçəklə bəzədi - Video + Fotolar

  • >
3 315 17 İyul 13:28 | Dünya

Dubayda polis öz qərargahını “Google” şirkətinin ofisi tərzində layihələşdirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət qurumunun belə bir addım atmasına səbəb iş yerində müsbət enerji yaratmaq və xoşbəxtlik səviyyəsini yüksəltmək olub. Adətən, bu cür ofislər əməkdaşların yaradıcılığına təkan vermək üçün yüksək texnologiya şirkətləri tərəfindən təşkil olunur. Lakin, görünür, Dubayın dövlət qurumları da belə bir qərara yad deyil.

Sözügedən polis qərargahı Deyr rayonunda yerləşir. Qərargahın twitter səhifəsində yayımlanan fotolarda ofisin müxtəlif rəngarəng masalar və bitkilərlə bəzədildiyini görmək olur. Ofisin bəzi otaqlarına süni ot örtüyü çəkilib. Otağa girən adam, özünü parkda hiss edir.

Qərargahın girişində isə BƏƏ-nin baş naziri və vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid əl Məktumun sitatı qeyd olunur:

“Müsbət enerji həyata gözəl baxış tərzi təklif edir və sizi uğura nail olmaq üçün lazım olan ambisiya, hərəkət və motivasiya ilə təmin edir”

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X