04:29
(077) 610-22-33

Las-Veqasdakı hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb

  • >
2 456 2 Oktyabr 2017 19:03 | Dünya

İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatının yaydığı açıqlamada hadisəni törədən 64 yaşlı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ hadisəni terror aktı saymır.

Xatırladaq ki, oktyabrın 2-də gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insanları atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb.

Bağla X