23:01
(077) 610-22-33

Güclü külək rayonları işıqsız qoydu

  • >
585 4 İyun 2013 09:42 | Hadisə

Dünən axşam saatlarından etibarən əsən güclü külək bölgələrdə ciddi problemlər yaradıb. Ən çox narahatlıq elektrik təminatı sahəsində hiss olunsa da, fərdi yaşayış evləri və yardımçı tikililərə də ziyan dəyib.

Belə ki, Zərdab rayonunda güclü külək nəticəsində 15 elektrik dirəyi aşıb, 14 fərdi yaşayış evi və tövlələrin dam örtüyünə ziyan dəyib. Elektrik dirəklərinin aşması nəticəsində axşam saatlarından rayona elektrik enerjinin verilişi dayandırılıb.

Ucar rayonunda 14 elektrik dirəyi aşması nəticəsində rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Küləkdən ən böyük ziyan Bərdə rayonuna dəyib. Rayonun 109 kəndi və şəhər mərkəzinin bir hissəsi isıqsız qalıb. Rayonda nəinki elektrik xətləri və dirələklərinə ziyan dəyib, hətta trasformatorlar da ciddi ziyan görüb.


Ruhiyyə
Aznews.az
Bağla X