18:52
(077) 610-22-33

Azərbaycan Tibb Universitetindən yanğınla bağlı açıqlama

  • >
665 1 Mart 2014 11:19 | Hadisə

Azərbaycan Tibb Universiteti yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

Bu gün saat 9.55 radələrində Azərbaycan Tibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib. Hadisə xarici tələblərin yaşadığı yataqxananın 404-cü otağında başlayıb. Hələlik yanğının səbəbi dəqiqləşdirilməyib. Hadisənin elektrik xətlərində qısaqapanma nəticəsində yarandığı güman edilir.

Yanğın zamanı otaqda heç kim olmayıb. Buna görə də hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Yalnız yataqxanada olan iki əcnəbi tələbə tüstüdən yüngül zəhərlənib. Halları pisləşən tələbələrə ilkin tibbi yardım göstəriləndən sonra onların vəziyyəti sabitləşib.

Yağın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov yanğın yerində olub, durumla tanış olub. Hadisənin səbəbləri araşdırılır.

AzNews.az
Bağla X