14:03
(077) 610-22-33

“Qarabağ“ futbolçuları “İnter“lə sülh bağladı

  • >
1 321 2 Aprel 2015 22:56 | İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ”ın “İnter”lə oyunu ilə 27-ci tura yekun vurulub.



AzNews.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən matçda hesab açılmayıb: 0-0.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov nəticənin normal olduğunu bildirib: "Biz yaxşı komandaya qarşı oynadıq. "İnter"in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim. Ümumi götürsək, matç pis alınmadı. Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar vardı ki, bunu normal qarşılamaq lazımdır. "İnter"ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub".

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze də oyun barədə fikirlərini belə bölüşüb:
"Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar. Qol olmasa da keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq. Heç-heçə isə ədalətli nəticədir. Düşünürəm ki, bu oyunu unutmalı və "Xəzər Lənkəran"la vacib qarşılaşmaya hazırlaşmalıyıq".
Bağla X