03:23
(077) 610-22-33

Avropa oyunlarına həsr olunmuş – Yeni veriliş

  • >
923 12 May 2015 15:02 | İdman

İctimai Televiziya və Radio Yayımları şirkəti İlk Avropa Oyunlarının təbliğinə həsr olunmuş yeni layihəyə start verib.


İTV-dən AzNews.az-a verilən məlumata görə, yeni veriliş "Tok-şou Bakı 2015" adı ilə yayımlanacaq. Verilişin ilk buraxılışı artıq hazırdır. Hər buraxılışına müxtəlif idman federasiyalarının rəhbərlərinin, nümayəndələrinin və idmançıların qatılacağı layihə mayın 13-ü, 21:35-də efirə gedəcək.

Avropa Oyunları ilə bağlı olan verilişin ilk qonaqları Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, baş məşqçisi Mariana Vasiliva, ikiqat Azərbaycan çempionu, Avropa 3-cüsü Marina Durunqa və başqa idmançılar olacaq.

Verilişin aparıcıları Pərviz Abubəkirov və Şəfiqə Muradqızıdır.
image description image description image description
Bağla X