01:25
(077) 610-22-33

Ən çox əməkhaqqı alan şəxslərin adları açıqlandı

  • >
2 239 28 Avqust 2012 13:32 | İqtisadiyyat

"Forbes" jurnalı ən çox əmək haqqı alan şəxslərin adlarını açıqlayıb. Tərtib olunmuş siyahıda Amerikalı teleaparıcı Oprah Vinfrey birinci yer tutur. 2011-ci ilin may ayından 2012-ci ilin may ayına qədər olan müddət ərzində Vinfrey 165 milyon dollar qazanıb.

İkinci yerdə olan rejissor və prodüser Mixael Bay 160 milyon dollar qazanaraq, birinci pillənin sahibindən cəmi 5 milyon dollar fərqi ilə geri qalır. İlk üçlüyü isə rejissorların lideri Steven Spielberq tamamlayır, onun hesabat müddəti ərzində qazancı 130 milyon dollar təşkil edib.

Dördüncü yerə prodüser Cerri Bruckheimer sahib çıxıb, onun bu müddət ərzində əməkhaqqı gəlirləri 115 milyon dollar olub. Beşinci yerin sahibi isə çoxlarını təəccübləndirib, onu belə bir pillə üçün gözlənilməz namizəd adlandırmaq olar – reper Dr Dre. Onun gəlirləri 115 milyon dollar olub. Nəşrin qeydlərinə əsasən belə bir gəliri onunla izah etmək olar ki, reper Beats By Dr Dre qulaqcıqlar istehsal edən kompaniyadakı payını satıb, HTC kompaniyası bu payın əvəzində səhmdarlar 300 milyon dollar ödəyib, bu pulun 100 milyon dolları isə reper Dr Dreyə çatıb.

Qeyd edək ki, Oprah Vinfrey mütəmadi olaraq, "Forbes"in tərtib etdiyi digər reytinqlərə də düşür. 2012-ci ildə teleaparıcı ikinci il ardıcıl şəkildə "ən nüfuzlu məşhurların" reytinqində ikinci yeri tutmuşdu, bu siyahının tərtibində nəinki namizədlərin gəlirləri, həm də onların adlarının KİV-də neçə dəfə hallanma sayı da nəzərə alınmışdı.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X