20:36
(077) 610-22-33

“Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür“

  • >
222 19 İyun 2013 11:27 | Siyasət

"Azərbaycan Avropa üçün böyük dəyər daşıyan dövlətdir"




Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür və ölkə lideri də buna imkan verməz. Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov beynəlxalq təşkilatların Azərbaycanla bağlı son hesabatlarına və Azərbaycanla sərt tonda danışılmasına çağıran bəyanatlara münasibət bildirərkən deyib.

Əhmədov hesab edir ki, belə bəyanatları səsləndirənlər sadəcə diplomatik tonun, etiketin nədən ibarət olduğunu unudurlar: "İkincisi, Azərbaycan kifayət qədər güclü dövlətdir və güclü Azərbaycan dövlətinin lideri ilə hansısa tonla danışmaq mümkün deyil. Azərbaycan rəsmiləri bu məsələyə birmənalı münasibət bildiriblər. Azərbaycan Avropa İttifaqı və digər beynəlxalq strukturlarla əməkdaşlıq edir və bu tərəfdaşlıq münasibətlərində səmimi olduğunu kifayət qədər sübuta yetirib".

Əhmədov qeyd edib ki, belə olan halda Azərbaycanla hansısa tonda danışmaq yersizdir və mümkün deyil: "Hesab edirəm ki, Prezident İlham Əliyevin Aİ rəhbər şəxsləri ilə görüşlərini nəzərdə tutan səfərlərində bunun bir daha şahidi olacağıq. Avropa və Azərbaycan bir çox məsələlərdə tərəfdaşlıq edir. Hesab edirəm ki, Azərbaycan Avropa üçün böyük dəyər daşıyan dövlətdir. Aİ buna çox gözəl başa düşür".

Ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı siyasi prosesləri təhrif edən hesabat və bəyanatlarına rəsmi Bakının münasibət bildirdiyini deyən Əhmədov qeyd edib ki, bunun heç bir əsası yoxdur: "Azərbaycanın siyasi mənzərəsi Azərbaycan vətəndaşlarının gözləri qarşısındadır. Azərbaycanın demokratik inkişafı xalqın iradəsi əsasında həyata keçirilir. Beynəlxalq təşkilatların dəyərləndirmələrində biz dəfələrlə burada subyektiv məqamların, yanaşmaların olduğunu bildirmişik. Nə qədər ki,obyektiv yanaşma olmayacaq, Azərbaycan vətəndaşları subyektiv təhlillər əsasında hazırlanmış hesabatlara öz etirazlarını və mənfi münasibətlərini bildirəcəklər".

AzNews.az
Bağla X