Məhkəmənin qərarı bu yaxınlarda elan olunacaq Məhkəmənin qərarı bu yaxınlarda elan olunacaq

Şairlərimizin məhkəməsi başa çatdı

Məhkəmənin qərarı bu yaxınlarda elan olunacaq


3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Təbrizdə məhkəməsi başa çatıb. AzNews.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, prosesi Azərbaycanın Təbrizdəki Konsulluğunun nümayəndələri də izləyib. İran tərəfi ilə əldə olunan ilkin razılaşmaya əsasən, məhkəmə prosesinə ittiham olunan şəxslərin yaxın ailə üzvləri də qatılıb. Azərbaycanın Xarici İşlər Nazirliyindən ANS-ə verilən məlumata əsasən Fərid Hüseyn və Şəhriyar Hacızadənin ötən gün keçirilən məhkəməsinin qərarı bu yaxınlarda elan olunacaq.

AzNews.az