07:31
(077) 610-22-33

Fəzail Ağamalı: “Göz yaşları axıdan verilişlərə baxmıram”

  • >
247 14 Yanvar 2014 17:00 | Siyasət

Milli Məclisin deputatı Fəzail Ağamalı AzNews.az-ın əməkdaşının telekanalların vəziyyətilə bağlı suallarını cavablandırıb:


- Azərbaycan televiziya kanallarının fəaliyyətini necə qiymətləndirirsiz?


- Hər kanalın özünə məxsus üstünlüyü, cəlbedici cəhətləri var. Eyni zamanda bu kanallarda tamaşaçı kimi məni təmin etməyən məqamlar da mövcuddur. Bu məsələyə standart yanaşmaq olmaz. Çünki hər kəsin öz zövqü, dünya görüşü və yanaşma tərzi var.

- Konkret olaraq, bəyəndiyiniz telekanal varmı?


- Əslində yerli televiziya kanallarında daha çox xəbər verilişlərinə baxıram.

- Bəs, qeyri-xəbər verilişlərindən izlədikləriniz olurmu?


- Mən əsasən siyasi xarakterli, həmçinin cəmiyyəti düşündürən ictimai verilişlərə daha çox baxmağa meylliyəm. Azərbaycan telekanallarında sosial xarakterli verilişlərə isə baxmıram. Məsələn, ATV-də "Səni axtarıram" və ANS tv yayımlanan "Adam içində" və digər bu kimi göz yaşları axıdan verilişləri izləmirəm.

- Fəzail müəllim, bəs göz yaşları axıdan verilişlərə niyə baxmırsız?


- Ümumiyyətlə təklif edirəm ki, uşaqların və bütün yaşda olan insanların psixoloji durumuna daha çox təsir göstərən verilişlər gecə saatlarında - 23:00-dan sonra yayımlansın. Bu cür verilişlərə qadağa da qoymaq mümkün deyil.

Amma o verilişlər bir qayda olaraq uşaqların yuxu saatından sonra gecə saatlarında verilməsini məqsədəuyğun hesab edirəm. Təəssüf ki, vətənpərvərlik mövzusunda tok-şoular, müzakirə xarakterli verilişlər yayımlanmır. Belə verilişlər yayımlansa belə, bu qaneedici səviyyədə deyil.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X