Milli Şura Putinə minnətçi düşəçək - Müraciət

Milli Şuranın Tiflisdə keçirdiyi toplantı başa çatıb.


APA-nın Gürcüstan bürosunun xəbərinə görə, toplantıda Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərara alınıb.

Yayılan son açıqlamada qeyd edilib ki, yığıncaqda "Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki, təşkilatı işlərin, həmçinin ictimai və beynəlxalq rəyin hazırlanmadığı" bildirilib. Eyni zamanda Rusiya vətəndaşlığından imtina məsələsi də həll olunmadığı üçün onun iyulun 31-də Bakıya dönməməsinə qərar verilib.

Toplantının qərarına görə, R. İbrahimbəyovun Bakıya dönüşü yalnız Milli Şuranın qərarı ilə olacaq.

AzNews.az