Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunur



Bir neçə saatdan sonra Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliklə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

Bu barədə AzNews.az-a "El" Hərəkatının Ali Məclisin sədri Eldəniz Quliyev məlumat verib. O bildirib ki, hazırda R.İbrahimbəyovun MSK-ya təqdim olunacaq sənədlərinin toplanması yekunlaşdırılmaq üzrədir: "MSK-nın tələbnaməsinə uyğun olaraq sənədlər hazırlanır. Sənədləri MSK-ya Milli Şuranın hüquqşünası aparacaq".

Bahar Rüstəmli
AzNews.az