Rüstəm İbrahimbəyov hələ də Tiflisə gəlməyib



Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüş üçün Bakıdan Tiflisə yollanan heyət artıq hamılıqla Gürcüstan paytaxtındakı "Vere Palace" otelindədir.

Tiflisdəki MŞ üzvlərindən AzNews.az-a verilən məlumata görə, görüş saat 18:00-da baş tutacaq, ancaq bununla belə, Rİbrahimbəyov hələ də Tiflisə gəlib çıxmayıb. Onun təyyarəsinin təxminən bir saat sonra Tiflisə enəcəyi bildirilir. Hazırda Tiflisdəki MŞ üzvləri kinorejissorun yolunu gözləyirlər.

Bahar Rüstəmli
AzNews.az