- Hadisə
- 7 May 13:48
- 1 755
Muxtar Babayev Kopenhagendə yaşıl investisiyaların və milli iqlim planlarının əhəmiyyətini vurğulayıb

COP29-un prezidenti Muxtar Babayev Kopenhagendə iqlim üzrə nazirlər konfransında çıxışı zamanı milli iqlim planlarının əhəmiyyətini qeyd edib.
Bu barədə COP-29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
"COP29-un prezidenti Muxtar Babayev bu gün Kopenhagendə iqlim üzrə nazirlər konfransının birinci plenar iclasında çıxış edib. O, növbəti onillikdə iqlim fəaliyyətlərinə rəhbərlik etmək üçün milli iqlim planlarının əhəmiyyətini vurğulayıb və Bakıda keçirilən COP29-da razılaşdırılmış yaşıl investisiyaların vacibliyini nümayiş etdirib", - məlumatda bildirilib.
COP29 President Mukhtar Babayev today addressed the opening plenary at the Copenhagen Climate Ministerial. In his remarks, the COP29 President emphasised the importance of national climate plans in guiding the next decade of climate action, and showing a green light to the green… pic.twitter.com/Puq6iODixR
— COP29 Azerbaijan (@COP29_AZ) May 7, 2025