Azay Quliyev Monteneqroda ağac əkib

"ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən Monteneqroda təşkil olunan 5-ci Beynəlxalq Konfransın proqramına uyğun olaraq keçirilən “Hər Ölkəyə Bir Ağac” adlı ekoloji kampaniyası çərçivəsində Budvada “Azərbaycan Ağacını” əkdim".

Bu barədə AzNews.az-a millət vəkili Azay Quliyev məlumat verib.

Onun sözlərinə görə, Budva şəhərinin meri cənab Zeyko Komnenoviç və digər ölkələrdən olan deputat həmkarları “Azərbaycan Ağacı”nın əkilməsi mərasimində iştirak ediblər.

"Şəhər rəhbərliyi ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edən ölkələrin adına əkilmiş ağacların qorunmasını və təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürüb.

Azərbaycanı belə bir mötəbər aksiyada təmsil etmək qürurvericidir"- deyə deputat bildirib.

AzNews.az

image description image description