- Ermənistan və Gürcüstan
- 27 Mart 2019 15:38
- 2 110
78 Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunub

Onların Şengen ölkələri ilə vizasız rejimin qaydalarını pozduğu deyilir.
78 Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunub.
Bu barədə "apsny.ge" saytı məlumat yayıb. Bildirilir ki, Gürcüstan vətəndaşları Düsseldorfdan xüsusi reyslə deportasiya edilib. Onların Şengen ölkələri ilə vizasız rejimin qaydalarını pozduğu deyilir.
Qeyd edək ki, Avropa İttifaqı Gürcüstanı viza rejimi qaydalarını pozmaqla bağlı problemləri həll etməyə çağırıb.
Bu ilin martında Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə baş tutan Gürcüstan-Aİ Assosiasiya Şurasının iclasında Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrində sığınacaq ala bilməyəcəklərini deyib. Belə ki Aİ Gürcüstanı təhlükəsiz ölkə hesab edir.(ona.az)
AzNews.az