• Paytaxt
  • 21 Aprel 2019 15:20
  •  597

Azərbaycan XİN-dən Şri-Lankadakı terrorla bağlı açıqlama

XİN yaydığı açıqlamada Şri Lanka xalqına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada kilsələrdə və hotellərdə çoxsaylı günahsız insanın ölümünə və yaralanmasına səbəb olan terror aktlarını psiləyib.

XİN yaydığı açıqlamada terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Asiya ölkəsi Şri-Lankanın müxtəlif şəhərlərində ümumilikdə 8 partlayış törədilib. Onlardan 3-ü kilsədə, 3-ü isə hoteldə baş verib. Partlayışlarda ümumilikdə 185 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Ölənlərdən 35 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilir.

AzNews.az