Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gəldi

R.Vondraçek Azərbaycana səfərdən məmnunluğunu bildirib

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Çexiya parlamenti Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

R.Vondraçek Azərbaycana səfərdən məmnunluğunu bildirib. O, iki ölkə arasında bir çox oxşarlıqların olduğunu deyib.

Deputatlar Palatasının sədri Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirdiklərini söyləyib. O, Azərbaycana iş adamlarından ibarət nümayəndə heyəti ilə gəldiyini qeyd edib. Səfər çərçivəsində bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdıran Radek Vondraçek əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

AzNews.az

image description