Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

Xalqa müraciətində deyib

“Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb”.

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir: “Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.