• Paytaxt
  • 30 Noyabr 2021 20:16
  •  1 846

Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib - YENİLƏNİB

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aznews.az xəbər veir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

***

saat 19:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Türkiyə dövlət başçısı Prezident İlham Əliyevə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə bağlı başsağlığı verib.