Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq
  • Paytaxt
  • 9 Avqust 2022 16:42
  •  4 772

Prezident İlham Əliyev İslamiadada iştirak edən Azərbaycan idmançılarını təbrik edib

Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq

"Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq bir qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm".

Bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.