"Ded Xasan"ın qərarı Azərbaycan həbsxanalarında qanlı toqquşmalara rəvac verir "Ded Xasan"ın qərarı Azərbaycan həbsxanalarında qanlı toqquşmalara rəvac verir

Oğru dünyası üz-üzə gəlir

"Ded Xasan"ın qərarı Azərbaycan həbsxanalarında qanlı toqquşmalara rəvac verir



"AzNews.az"-a adının açıqlanmasını istəməyən qaynaqlardan daxil olan məlumata görə, noyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində başda "Ded Xasan" olmaqla 25 qanuni oğrunun iştirakı ilə keçirilən sxoqkada Azərbaycanın qapalı təcridxanasında məhkumluq həyatı yaşayan keçmiş qanuni oğru, "Qulu" ləqəbli Nadir Serifovun oğru adını bərpa eləyib özünə qaytarıblar.

Əldə etdiyimiz məlumatda qeyd edilir ki, onların qərarını Azərbaycan təcridxanlarında bütün dustaqlara vəziyyətə baxanlar vasistəsi ilə elən ediblər. İndi təcridxanlarda qanlı razborkaların gözlənildiyi qeyd olunur.

Məlumata görə, davalar, qanlı toqquşmalar Rövşən Lənkəranskinin tərəfdarları ilə (Rövşən Canıyev) Qulunun adamlarının arasında baş verəcək.

AzNews.az İnformasiya şöbəsi