İran yeni ballistik raketini sınadı

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə islam respublikasının müdafiə naziri Əziz Nasirzadə IRIB telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, raket "1 200 km-dən çox məsafədən buraxılıb", o, hədəfləri dəqiq aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malikdir və həmçinin müdaxilələrə qarşı dayanıqlıdır.

Nasirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz başladıldığı təqdirdə onları "tərəddüd etmədən və düşünmədən" tətbiq etməyə hazırdır.

AzNews.az