- Qərb
- 19:01
- 1 425
TV3: ABŞ Litvadan 1000-dən çox əsgər və texnikanı çıxarmağa başlayıb
ABŞ Litvadan 1000-dən çox hərbçisini və texnikasını çıxarmağa başlayıb
ABŞ rotasiya müddətinin başa çatması ilə əlaqədar Litvadan 1000-dən çox hərbçisini və hərbi texnikasını çıxarmağa başlayıb.
Bu barədə Litvanın TV3 portalı məlumat yayıb.
Məlumata görə, gələcəkdə ölkəni tərk edən amerikalı hərbçiləri digər ABŞ hərbçiləri əvəz edə bilər. Lakin Vaşinqtonun Avropadakı qoşun yerləşdirmə planlarını yenidən nəzərdən keçirməsi səbəbindən yeni kontingentin sayı və yerləşdirilmə vaxtı hələ dəqiqləşdirilməyib.
Bununla yanaşı, ABŞ hərbi qüvvələrinin bir hissəsinin növbəti rotasiyaya qədər Litvada qalacağı bildirilib.
Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Deyvidas Matulenis məsələ ilə bağlı bildirib ki, ABŞ tərəfi ölkəyə təhlükəsizlik zəmanətlərinin davam edəcəyinə dair aydın mesaj verib.
“Amerikalılardan çox aydın təminatlar almışıq ki, ABŞ qoşunları burada olub və burada qalacaq. Lakin hazırda konkret rəqəm açıqlaya bilmirəm”, – deyə Matulenis vurğulayıb.
Mövsüm,
AzNews.az