- Köhnə - Cəmiyyət
- 25 Fevral 2016 20:34
- 5 310
Bakıda açılmış pulsuz mağaza bir günə boşaldıldı - FOTO
Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adı ilə açılan mağaza bir günə boşalıb.
AzNews.az-ın baku.ws-ə istinadən məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da, geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır.
Mağazaya geyim təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, paltarlar yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.
Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlamaq mümkündür.