Xətai icra başçısının I müavini “qara bayraq aksiyası”na münasibət bildirdi Xətai icra başçısının I müavini “qara bayraq aksiyası”na münasibət bildirdi

“Nə qara bayraq? Kim taxıb axı qara bayrağı?“ - RƏSMİ İZAHAT

Xətai icra başçısının I müavini “qara bayraq aksiyası”na münasibət bildirdi





Bakının Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu gün öz eyvanlarından qara bayraqlar asıblar. Bildirilir ki, qəzalı yataqxana binasında yaşayan 80 ailə həyatlarına təhlükə yarandığın bəyan edərək, bu yolla etiraz aksıyası keçiririlər.

Modern.az məsələyə aydınlıq gətirmək üçün Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Zaməddin Əkbərovla əlaqə saxlayıb. Z.Əkbərov bildirib ki, bu məsələ ilə bağlı tək İcra Hakimiyyətinə yox, bütün rəhbər orqanlara müraciət daxil olub.

"Bu gün biz əraziyə getmişik. Bir-bir də baxıb, vəziyyəti öyrənirik. Hələ heç bir qərar qəbul olunmayıb ki, nə baş verə bilər".
Sakinlərə mənzil verilib-verilməyəcəyinə münasibət bildirən Z.Əkbərov qeyd edib ki, bu məsələ hələ öz həllini tapmayıb.

"Orada 100-ə yaxın ailə var. Kimə mənzil veriləcək, kimə yox, o haqda heç nə deyə bilmərəm. Bu məsələyə Nazirlər Kabinetində də baxılır, müvafiq qərar qəbul olunacaq".

Sakinlərin eyvanlara qara bayraq asmağını isə icra başçısının I müavini bir qədər təəcüblə qarşılayıb.

"Nə qara bayraq? Kim taxıb axı qara bayrağı? Mən bu gün orada olmuşam, elə şey yoxdur. Bu gün biz həmin ərazidə sakinlərlə söhbət eləmişik, şəraitlərinə baxmışıq, qara bayrağın asılmasına rast gəlməmişəm".

AzNews.az