Bu çiyələkləri almayın- “GMO”-dur

“Hazırda satışda olan çiyələk insan orqanizmi üçün çox qorxuludur.”

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana çoxlu çiyələk növləri gətirilib:

“Həmin çiyələk növləri asanlıqla ayrıd edilir. Bərk, böyük və möhkəmdir. Onlar GMO, yəni Genetik Modifikasiya Olunmuş çiyələklərdir. Çiyələklərin tez yetişməsi üçün onlara müxtəlif gübrələr verilir.”

Eyyub Hüseynov qeyd edib ki, həmin çiyələklərdən az miqdarda yemək tövsiyyə olunur: “5-6 ədəd, bundan artıq yemək olmaz. Əgər çox yeyilsə, fəsadları hiss olunacaq. Normadan artıq yedikdə çiyələklər mədə-bağırsaq xəstəlikləri əmələ gətirir. Bundan əlavə, çiyələk torpaqla təmasda olur. Onu aldıqdan sonra dəfələrlə yumaq lazımdır.”

Bahar RÜSTƏMLİ

AzNews.az